Modern.az

Səhiyyə Nazirliyi: “Qızılca ilə bağlı həyəcan yanlışdır”

Səhiyyə Nazirliyi: “Qızılca ilə bağlı həyəcan yanlışdır”

14 Avqust 2013, 16:11

Ötən gün mediada Səhiyyə Nazirliyi adından xəbərdarlıq haqda məlumat yayıldı. Nazirliyə istinadən bildirilirdi ki, qonşu ölkələrdə qızılca xəstəliyinin həddən geniş yayılıb və bunu ölkəmizə keçə biləcəyini nəzərə alaraq əhalidən diqqətli olmaq tövsiyə edildi.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyev Modern.az-a bildirib ki, qızılca təhlükəsi ilə bağlı yayılan həyəcan yanlışdır. Direktor müavinin sözlərinə görə, nazirliyin adından yayılan məlumatın əslində rəsmi mənbəyi yoxdur. “Bu gün Azərbaycanda qızılcaya kütləvi şəkildə yoluxma qeydə alınmayıb. Qonşu ölkələrdə də vəziyyət stabildir.

Odur ki, yayılan məlumat yalandır. Bilmirəm nəyə və kimə istinadən həmin məlumatı yayıblar”, – deyə Afaq Əliyeva bildirib. Respublikanın baş pediatrı Nəsib Quliyev isə Azərbaycanın qızılca üçün riskli region olduğunu deyib. Onun sözlərinə görə, yüksək hərarətlə başlayan xəstəlik boğaz ağrısı, işıqdan qorxma, gözlərdə qızartı kimi hallar olur. Hətta vaxtında müdaxilə olunmazsa, ölümlə nəticələnən qızılca 5-6-cı həftəsində səpkilər müşahidə olunur.

“Səpkilər qırmızı rəngdə olur. Həmin səpkilərə müdaxilə edəndə dəridə piqment ləkələri yaranır. Qızılca mərhələli şəkildə bədənə yayılır. İlk günlər baş və boyun nahiyəsində və üzdə səpkilər baş qaldırır. İkinci gün gövdədə, üçüncü gün isə aşağı ətraflarda səpkilər görünməyə başlayır. Səpkilər dövrü başlayandan sonra hərarət yavaş-yavan enməyə başlayır.

Qızılcaya yoluxma ehtimalı 95%-dir. Xəstəliyə qarşı vaksinasiya etməmək xəstəliyə yoluxma riskini artırır”. Xəstəliyin son həddində ölümlə nəticələnə biləcəyini deyən baş pediatr onu da bildirdi ki, uşaqlarda müəyyən fəsadlar yaranır ki, bunlar da qorxulu meningitlərin inkişaf etməsidir. Qızılcanın ağır fəsadlarından biri də qızılca bronxiti, pnevmoniyadır ki, bunun nəticəsində ağ ciyər zədələnir. Odur ki, azyaşlıların peyvənd edilməsi mütləqdir. 

Gültəkin ƏLƏSGƏR     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj