Paytaxtın Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanada hamilə qadına qarşı haqsızlığa dair Modern.az-ın məlumatı (//modern.az/articles/42956/1/) tibb ocağından sərt təpki gəlib.
C. Paşayevin son açılamasında Modern.az-ın müdaxiləsindən sonra xanımı Tərbiyə İbrahimovanın diqqətə alındığı və həkim nəzarətinə götürüldüyünü bildirilib. Məlumatın dərcindən bir müddət sonra sayt əməkdaşının xəstəxananın baş həkimi Sevda Əhmədova ilə əlaqə saxlamaq cəhdi mümkün olmayıb. Əvəzində baş həkimin müavini Əbülfəz Hüseynov T. İbrahimovanın yaxınlarını otağına çağırıb və onlarla “tərbiyəvi söhbət” aparıb. “Başa düşün doğuş “zakaz”la” deyil” söyləyən Ə. Hüseynov əlavə edib: “Uşaq vaxtından əvvəl dünyaya gələ bilməz”.
Modern.az