Vladimir Putinin Azərbaycana birgünlük səfəri müxalif siyasi qurumlarda birmənalı qarşılanıb: Səfər Azərbaycanın maraqlarına ziddir. Bunu Modern.az verilən açıqlamalar da isbatlayır.
AXCP sədrinin müavini Razi Nurullayev qeyd edib ki, Azərbaycanla Rusiya arasında müəyyən gərginlik vardı. Azərbaycan hakimiyyəti də Rusiya ilə münasibətləri düzəltmək və 2013-cü prezident seçkiləri öncəsi Rusiyanın dəstəyini qazanmaq istəyir.
“Bununla bağlı Azərbaycan Rusiya ilə bir çox məsələlərdə razılaşıb. Bu razılaşan məsələlərin nə dərəcədə Azərbaycanın maraqlarına cavab verdiyi bəlli deyil. Bir çox razılaşdırılan məsələlər ictimaiyyətdən gizlədilir. Partiyamızın mövqeyi budur. Hər halda, Rusiyanın Azərbaycana yaxınlaşması, onunla enerji layihələrində irəli gedərək müqavilələr imzalaması, Rusiya ilə enerji ehtiyatlarının birgə çıxarılması kimi məsələlər Azərbaycanın Avropaya inteqrasiyası üçün müəyyən sədlər yarada bilər. Bu baxımdan Putinin Azərbaycana yaxınlaşması Azərbaycan hakimiyyəti ilə səlahiyyətin qəbul olunması bir çox məsələlərdə uzlaşması Azərbaycanın Avropaya gedən yolunu əngəlləyə də bilər. Biz bunu bunu təhlükəli hesab edirik”.
Namidə BİNGÖL