Modern.az

Xersona aviazərbə - Ölən və yaralananlar var

Xersona aviazərbə - Ölən və yaralananlar var

Dünya

8 Sentyabr 2023, 13:58

Ukraynanın Xerson vilayətindəhava hücumu nəticəsində 3 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib. 

 

Xerson vilayətinin Otradokamenka kəndinə idarə olunan aviabombanın endirilməsi nəticəsində 3 mülki şəxs (iki qadın və bir kişi) həlak olub, daha 4 nəfər yaralanıb. 2 dinc sakin də xəstəxanaya yerləşdirilib və orta ağır vəziyyətdədirlər.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu