Modern.az

Elçibəyin qardaşı oğlu Modern.az-a DANIŞDI: Gecikmişdik...

Elçibəyin qardaşı oğlu Modern.az-a DANIŞDI: Gecikmişdik...

Ölkə

8 Sentyabr 2023, 16:20

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu sentyabr ayının 3-də vəfat edib. 1975-ci il təvəllüdlü Ayturan Əliyev uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib

 

Elçibəyin digər qardaşı oğlu, mərhumun qardaşı Hürrü Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Ayturan Əliyevin xəstəliyini müalicə etdirmək üçün hər cür imkan olub, lakin xəstəlik gec aşkarlandığına görə daha heç nə fayda verməyib:

 

"O, klinikada xüsusi tapşırıqla müayinədən keçirildi. Ayturanın xəstəliyi yanvar ayında müayinə zamanı aşkara çıxıb. Heç gözləmədiyimiz vaxtda onun xərçəng olduğunu öyrəndik. Ağciyərdən metaztas vermiş bədxassəli şiş beyinə vermişdi. O da beyində şişlər, ödəmlər meydana gətirmişdi. Qaraciyəri iflas etmişdi. Biz bunu gec bildik. Çünki xəstəliyin simptomlarının heç biri büruzə verməmişdi. Müalicəsini ev şəraitində apardıq. Burada da, xaricdə də müalicə etdirmək üçün imkan var idi. Hər şeyə hazırdıq. Lakin gecikmişdik. Həkim maksimum 6 ay yaşayacağını demişdi. Elə onun dediyi vaxtda da dünyasını dəyişdi", - o deyib.

 

Hürrü Əliyev qardaşının Bakıda yaşadığını və siyasətlə aktiv maraqlanmadığını vurğulayıb:

 

"Türkiyədə 1993-1997-ci illərdə hüquq oxuyub. Müəyyən səbəblərə görə gəlib Bakıda yaşadı. Atasının himayəsində olub. Elə bir xüsusi vəzifəsi olmayıb. Siyasi məsələlərdə də aktiv deyildi".

 

Hürrü Əliyev qardaşı ilə həmişə əlaqədə olduğunu söyləyib: "Bir qardaş olaraq hər gün danışırdıq. Ara-sıra evlərinə gedib gəlirdim. Əsas bacımgilə gedib gəlinirdi. Orada da bir yerdə olurduq".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...