AMEA-nın Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov prezidentliyinə namizədliyini irəli sürüb. Bu barədə Modern.az-a Q. İsaqov açıqlamasında bildirib. O seçki sənədlərinin bu gün Mərkəzi Seçki Komissiyasına təqdim etdiyini deyib.
“Namizədliyimi irəli sürmək haqqında israrlı olduğumu əvvəldən mediada bəyan etmişdim. Sözümü tutdum”, – deyə alim vurğulayıb.
Modern.az