Modern.az

Ermənistan və Panama qarşılıqlı viza ləğvinə gedib

Ermənistan və Panama qarşılıqlı viza ləğvinə gedib

Dünya

8 Sentyabr 2023, 17:44

Ermənistan və Panama viza rejimini ləğv edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti Panama vətəndaşları üçün vizasız rejim yaradılması haqqında qərar qəbul edib.

 

Bundan əvvəl Panama Ermənistan da daxil olmaqla 40-a yaxın ölkə üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

 

Qeyd edək ki, Ermənistan bir sıra Latın Amerikası ölkələri - Argentina, Braziliya, Uruqvay və Ekvador ilə vizasız rejimə malikdir və Peru ilə belə bir razılaşma üzərində iş aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu