Qazaxıstanın Almatı şəhərində "nəhəng uşaq" dünyaya gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
İctimai səhiyyə idarəsindən verilən məlumata görə, bu gün çəkisi 6300 qram olan körpə bu vaxta qədər 5 saylı Şəhər Doğum Evində doğulan uşaqların ən böyüyüdür.
Doğuş cərrahi üsulla həyata keçirilib. Əməliyyat uğurla başa çatıb. Körpənin vəziyyəti normaldır.