Dünyanın hər yerində müəyyən bir yaşa gələn kişi və qadınlar bir gün ailə həyatı qura bilmə ümidi ilə yaşayır. Hər kəs özünə uyğun bir yoldaş seçir. Amma vəziyyətin hər zaman belə olmadığını sübut edən nümunələr də var. Modern.az saytı dünyanın ən qəribə cütlüklərini təqdim edir.
9 yaşındakı Cayla Koper doğru insanı tapmaq üçün uzun müddət gözləmək məcburiyyətində qalmadı.Kiçik qız iki il boyunca talassemiya xəstəliyi ilə mübarizə aparmış və müalicə gördüyü xəstəxanada 7 yaşındakı Cos Qriqs ilə tanış olur. 2008-ci ilin fevral ayında bütün gəlinlərin xəyallarını bəzəyən bir mərasimlə “gənc cütlük” həyatlarını birləşdirir.
Teksaslı və Floridalı cütlük eyni ad və soyad sahibidirlər. Kelly Hildebrandt (qadın) facebookda Kelly Hildebrant adlı birini gördü. Bir az danışdıqdan sonra cütlük evlənməyə qərar verdi.
Yaş fərqinin ən çox olduğu cütlük isə Somalidədir. 112 yaşındakı kürəkən altıncı evliliyini özündən 95 yaş kiçik bir qızla edib. Əhməd Məhəmməd Dore və Safia Abdulleh cütlüyü eyni kənddə yaşayarkən tanış olublar. Kürəkən gəlinin babasının babası olacaq yaşdadır.
Ulduz İBRAHİMOVA