Modern.az

ABŞ Qara dənizdə hərbi təlim keçirəcək

ABŞ Qara dənizdə hərbi təlim keçirəcək

Dünya

8 Sentyabr 2023, 20:37

Rumıniya və ABŞ donanmaları sentyabrın 11-dən 15-dək Ukrayna ilə birlikdə Qara dəniz və Dunay deltasında "Sea Breeze 23.3" adlı çoxmillətli hərbi təlim keçirəcək.

 

Modern.az xəbər verir ki, təlimdə, həmçinin Bolqarıstan, Fransa, Böyük Britaniya və Türkiyədən olan hərbi qulluqçular, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər və istehkamçı dalğıclar iştirak edəcək.

 

Təlimin məqsədi dəniz minalarına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsini sınaqdan keçirməkdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu