Modern.az

Gültəkin Hacıbəyli vahid namizəd olmaqdan imtina etdi

Gültəkin Hacıbəyli vahid namizəd olmaqdan imtina etdi

14 Avqust 2013, 20:22


Mehman Əliyev müsahibəsində 12 avqust sessiyasında adları çəkilən vahid namizədlərlə bağlı qeyd edib ki, sessiyada üç nəfərin, daha sonra Gültəkin xanımın adı çəkilib və olub dörd. “Cəmil Həsənli namizədliyini geri götürüb, deyib mən iştirak etmək istəmirəm, Rafiq Əliyev bu proseslərdən uzaqlaşıb. Deməli, bu prosesdə yoxdur və qatılacağı da inandırıcı deyil. Qaldı Mehman Əliyev və Gültəkin Hacıbəyli”, - deyə Mehman Əliyev bildirib.

 İki əsas namizədlərdən biri olan Gültəkin Hacıbəyli vahid namizəd kimi seçilməyə münasibəti necədir? “Deyerler.org”a yeni vahid namizəd kimi adı hallanan Gültəkin Hacıbəyli bildirib ki, böyük məmnuniyyətlə Mehman Əliyevin namizədliyinin dəstəkləyəcək : “Mən öz növbəmdə mənə etimad edən hər kəsə təşəkkürümü bildirirəm.  Əgər Cəmil Həsənli onunla bağlı təklifə etiraz edibsə, mən böyük məmnuniyyətlə Mehman Əliyevin namizədliyinin dəstəkləyəcəm. Mən vahid namizəd olmağa etiraz edirəm. Mənim etirazımın təfərrüatlarına varmaq istəməzdim, amma bəzi səbəblərə görə özümü buna hazır görmürəm. Əgər mənim namizədliyimlə bağlı təkid olarsa, mən də Cəmil Həsənli və Mehman Əliyevlə bağlı təkid edə bilərəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj