Modern.az

İlham Əliyev Oğuz və Şəkiyə səfər edib

İlham Əliyev Oğuz və Şəkiyə səfər edib

14 Avqust 2013, 20:24

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib. Modern.az AzərTAc-a istinadən bildirir ki, dövlət başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında mərhum dövlət başçısının abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlət başçısına məlumat verib.

***

Ölkə başçısı daha sonra Şəkiyə  səfər edib. Dövlət başçısı Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə mərhum prezident  Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı daha da genişləndirilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj