Bu il qüvvəyə minən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, partiyaların yenidən qeydiyyatdan keçməsi üçün minimum 5 min üzvü olmalıdır.
Qanun qüvvəyə minəndən sonra 31 partiya 5 min üzvə malik olmadığına görə öz təşəbbüsü ilə ləğv olunduğunu bəyan edib.
27 siyasi partiya isə yenidən qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.
Ədliyyə Nazirliyi artıq 15 partiyanı qeydiyyata alıb.
Qeydiyyata alınan partiyaların siyahısını dünən təqdim etmişdik.
Yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edən 12 siyasi partiya isə hazırda cavab gözləyir.
Modern.az saytı qeydiyyata alınmaq üçün cavab gözləyən siyasi partiyaların siyahısını dəqiqləşdirib. Bu partiyalar aşağıdakılardı:
Respublikaçı Alternativ Partiya (ReAl) – Sədr İlqar Məmmədov
Müsavat Partiyası - sədr Arif Hacılı
Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Əli Kərimli
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
Azadlıq Partiyası – sədr Əhməd Oruc
Ədalət Partiyası – sədr İlyas İsmayılov
Böyük Qurtuluş Partiyası – sədr Fazil Mustafa
Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev
A.Qorxmaz