Modern.az

Panama Xocalı soyqırımını rəsmən tanıdı

Panama Xocalı soyqırımını rəsmən tanıdı

Təhsil

14 Avqust 2013, 21:32

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 7 avqust tarixində Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair dörd saylı Qətnamə qəbul edilib.

Bu barədə Modern.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən Qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılıb və yekdilliklə qəbul edilib.

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırım qətiyyətlə pislənilib.

Qətnamədə, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnamələrinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır