Modern.az

Qəribə nənənin Prezidentdən istədiyi gerçəkləşdi... - VİDEO

Qəribə nənənin Prezidentdən istədiyi gerçəkləşdi... - VİDEO

9 Sentyabr 2023, 13:08

Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə köçürülmüş 88 nəfərdən biri də 82 yaşlı Qəribə Həsənovadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva avqustun 26-da Zabux kəndində sakinlərlə görüşərkən Qəribə nənənin dövlət  başçısından bir xahişi olmuşdu: bir müddət əvvəl vəfat etmiş oğlunun ailəsinə də onun evinin yaxınlığında ev verilsin.


Modern.az xəbər verir ki, Prezidentin tapşırığı ilə Qəribə nənənin istəyi yerinə yetirilib. Onun oğlunun Xırdalan şəhərində müvəqqəti məskunlaşmış ailəsi artıq Zabux kəndinə, Qəribə nənənin qonşuluğuna köçürülüb.
 

Buradakı yeni həyatından, onun üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlət başçısına və birinci xanıma minnətdarlıq bildirib.

 


 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu