Modern.az

Ukrayna XİN-dən Qarabağdakı qondarma "seçki"yə ETİRAZ 

Ukrayna XİN-dən Qarabağdakı qondarma

Dünya

9 Sentyabr 2023, 16:27

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, bu qondarma “seçkiləri”n keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Xatırladaq ki, sentyabrın 9-da Samvel Şahramanyan Qarabağda separatçılarının yeni başçısı seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu