Tanınmış hüquqşünas, keçmiş vəkil Aslan İsmayılov özünün vəkillik fəailyyətindən uzaqlaşdırlmasında “əməyi” olan bəzi vəkillərin rolundan danışıb.
“1999-cu ildə vəkillikdən xaric edildikdən sonra sıradan bir vətəndaş kimi etibarnamə əsasında vətəndaşlara hüquqi yardım göstərib ailəmi dolandırmağı da mənə çox gördülər və bundan da məhrum etmək üçün dövlət kanalında barəmdə böyük reportaj hazırlayıb bəyan etdilər.
A.İsmayılovun sözlərinə görə, onun vəkillikdən xaric edilməyimdə cənfəşanlıq edən bir çox vəkillər sonradan vəzifələrində yüksəlişlə mükafatlandırıldılar.
“1999-cu ildə mənim vəkillikdən xaric edilməyimdə əməyi olan vəkillər:
İnqilab Nəsirov az sonra Appelyasiya məhkəməsinin sədri oldu;
Eynulla Vəliyev Ağır cinayətlər məhkəməsinin hakimi oldu;
Qurban Abbasov iqtisad məhkəməsinin hakimi;
Vidadi Mahmudov MSK-nın üzvü təyin olundu.
Aslan İsmayılovun bildirdiyinə görə, bu dəfə də artıq mükafatlanma başlayıb.
“Haqqımda yalan təqdimat yazan Səbail rayon məhkəməsinin hakimi Apellyasiya məhkəməsinə hakim təyin olunub. Mənə qarşı odlu alovlu çıxış edən vəkillərin mükafatı yəqin məhkəmə qərarlarını gözləyir.
Mənim peşəmdən məhrum edilməyimin də kimlərəsə xeyiri dəyir”-deyə keçmiş vəkil qeyd edib.
Modern.az