Ermənistanın baş naziri Nikol Paşinyan ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər regionda mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Gürcüstanın baş naziri bəyan edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün lazımi səyləri göstərməyə hazırdır.
Nikol Paşinyan Azərbaycan prezidenti ilə təcili danışıqlara hazır olduğunu deyib.