Mərakeşdə zəlzələ zamanı yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Kral Sarayı məlumat yayıb.
Bildirilib ki, 3 gündə bayraqlar yarıya endiriləcək.
Xatırladaq ki, zəlzələ sonucunda ölənlərin sayı 1 037-yə çatıb.