Modern.az

Ərdoğan braziliyalı həmkarı ilə görüşdü 

Ərdoğan braziliyalı həmkarı ilə görüşdü 

Dünya

9 Sentyabr 2023, 18:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20 sammiti çərçivəsində Braziliya Prezidenti Lui İnasiu Lula da Silva ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Türkiyə-Braziliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilib, həmçinin G20-yə üzv iki əsas ölkəni əhatə edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Ərdoğan görüşdə gələn il G20 sammitinə sədrlik edəcək Braziliyaya uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu