Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasın üzvü Aydın Mirzəzadə müasir gənclərin davranış mədəniyyətlərindən şikayətlənib. Modern.az-ın məlumatına görə, YAP-çı deputat gənclərdə baş verən dəyişikliyi başa düşə bilmədiyini deyib:
“Bizim gənclik dövründə biz özümüzdən yaşlı insanla şəkil çəkdirəndə onu mərkəzdə saxlayıb, özümüz kənarda dayanırdıq.
Amma indi mənimlə şəkil çəkdirmək istəyən gənclər özləri mərkəzdə dayanıb, mən və digərilərini özlərinin kənarında saxlamağa çəhd edirlər.
Davranış mədəniyyətində baş verən bu dəyişikliyi başa düşə bilmirəm”.
Modern.az