Modern.az

Qarabağdakı ermənilər ərzaq yardımını qəbul edəcək 

Qarabağdakı ermənilər ərzaq yardımını qəbul edəcək 

9 Sentyabr 2023, 21:17

Qarabağda yaşayan erməni əhalinin Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi ərzaq yardımını qəbul edəcəyi açıqlanıb.

 

Modern.az xəbər verir ki, yük Ağdam-Əsgəran yolu vasitəsi ilə çatdırılacaq.

 

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu