TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, abituriyentlərin ixtisas seçimi bu gün başa çatır.
Bildirilib ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.
Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaqdır.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.
Modern.az