“ASDP prezident seçkilərində tək iştirak edəcək. 2005-ci ildən partiyanın qərarı var ki, heç bir bloka üzv olmamalıyıq. Seçkilərə tək qatılacayıq”. Bu sözləri Modern.az-a açıqlamasında prezidentliyə namizədliyini irəli sürmüş Araz Əlizadə bildirib. Onun sözlərinə görə, seçkidə solçu qüvvələrin hər hansı bir bloku nəzərdə tutlmayıb. Partiya sədri həmçinin Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun ASDP-yə ünvanladığı tənqidləri qəzəblə qarşılayıb. Qeyd edək ki, R.Qurbanov Modern.az-a açıqlamasında “ASDP sol partiya deyil” bildirmişdi. A.Əlizadə qeyd edib ki, AKP-nin fəaliyyəti onları qətiyyən maraqlandırmır.
“Məni nə Kompartiya maraqlandırır, nə də onun sədrinin sözləri. Azərbaycan Kommunist partiyası hələ də Moskvadan, Rusiya Kommunist Partiysından təlimat alıb qayıdır. Müstəqil deyillər”. Onun sözlərinə görə, Azərbaycanda yeganə solçu partiya Azərbaycan Sosial-Demokrat partiyasıdır.
Vüqar İsmayılov