Modern.az

Ustanı "tok" vurub öldürdü

Ustanı

Hadisə

11 Sentyabr 2023, 09:04

Bakıda 23 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Keşlə qəsəbəsi, Qafqaz küçəsi, ev 47/15C ünvanında yerləşən fərdi yaşayış evində usta kimi fəaliyyət göstərən 2000-ci il təvəllüdlü Fərid Qəniyev evin damında təmir işi apararkən ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik cərəyanının keçdiyi naqilə toxunub. O, elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər