"Rublun zəifləməsi ilin birinci yarısında neftin qiymətinin düşməsi və idxalın bərpası ilə bağlı olub".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin deyib.
"Rublun məzənnəsi ortamüddətli perspektivdə daha sabit olacaq. Rusiya Federasiyasına mal və xidmətlərin idxalı ilin sonuna qədər bir qədər azalacaq, neftin qiymətinin bərpası hesabına ixrac əhəmiyyətli dərəcədə artacaq. OPEC+ ölkələri neft qiymətləri indiki və ya daha yüksək səviyyədə qalsa belə, gələcəkdə hasilatı artıra bilər", - o vurğulayıb.
"Hökumət və Mərkəzi Bank kapital axınının məhdudlaşdırılması üçün tədbirlər paketi üzərində işləyir və artıq bəzi qərarlar qəbul edilib", - köməkçi əlavə edib.