Modern.az

Rövşən Rzayev: “ Qarabağ”a qarşı təxribata yol verilməməlidir”

Rövşən Rzayev: “ Qarabağ”a qarşı təxribata yol verilməməlidir”

Təhsil

15 Avqust 2013, 12:43

“Qarabağın” Almaniyanın “Ayntraxt” klubu ilə oyununda baş tutacaq təxribat barədə xəbərsizəm. Amma düşünürəm ki, “Qarabağ” təxribatın qarşısının alınması üçün bütün lazımi səyləri göstərəcək”. Bunu Modern.az-a Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev belə deyib. O, Modern.az-a bildirib ki, Ermənistanın hər dəfə fürsətdən istifadə edərək bir təxribat törətməsinə artıq alışqanlılıq yaranıb. “Hər yerdə öz yalanları, uydurmaları ilə məkrli işlərini görə bilirlər”.

Millət vəkili onu da qeyd edib ki, təxribat törədiləcəyi səbəbindən klubda heç bir ruh düşkünlüyü yaranmamalıdır. “Azərbaycan xalqı çox müdrik, dövlətimiz isə güclüdür. Hesab edirəm ki, “Qarabağ” təxribatın qarşısının alınması üçün düşünəcək. “Qarabağ”ın bugünkü uğurlarına sevinirəm. Çox arzulayıram ki, bu klub özündə güc tapsın və öz oyunları ilə yalnız qələbələr qazansın”, – deyə Rövşən Rzayev bildirib.  

 

Gültəkin ƏLƏSGƏR 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj