Rəqabət qanunvericiliyinin pozulması halları müəyyənləşir.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində qeyd olunub.
Qanun layihəsinə görə, pozulma halları bu halda qeydə alınır:
- rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ayrı-ayrı şəxslərdən daxil olan sənədlər, məlumatlar və müraciətlər;
- mediada (eləcə də sosial şəbəkələrdə) dərc olunan rəqabət qanunvericiliyinin pozulması əlamətlərini əks edən məlumatlar;
- müvafiq bazarda rəqabət orqanının həyata keçirdiyi monitorinqlər, təhlillər və yoxlamalar nəticəsində aşkar olunmuş rəqabət qanunvericiliyinin pozulması əlamətləri;
- rəqabət orqanı tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə verilmiş göstərişlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması.