Modern.az

Müavinət alan Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar və Qarabağ veteranlarının sayı AÇIQLANDI

Müavinət alan Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar və Qarabağ veteranlarının sayı AÇIQLANDI

Reportaj

11 Sentyabr 2023, 16:06

2023-cü ilin əvvəlinə Azərbaycanda 4888 nəfərə fəxri adlara görə müavinət verilir.

Modern.az saytı bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib.

Sözügüdən müaviənəti alanların 263-ü “Xalq, 4625-i “Əməkdar” fəxri adlarına malik olan şəxslərdir.

Bundan başqa, 341 nəfər Prezidentin fərdi təqaüdünü alır.
 

18197 nəfərə isə şəhid ailəsinin müavinəti verilir.

180 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına görə, 179 nəfərə isə “Milli Qəhrəman” fəxri adına görə aylıq müavinət ödənilir.

20 yanvar hadisələri zamanı şəhid olanların ailələrindən 94 nəfərə də müvafiq aylıq müavinət verilir.

35 nəfər Böyük Vətən Müharibəsi (1941-1945-ci illər) iştirkçısının müavinətini alır.

248 nəfər 20 yanvar hadisələri zamanı əlil olduğuna görə müavinətlə təmin edilir.

Əfqanıstan müharibəsində həlak olan, itkin düşən və məhkəmənin qərarı ilə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvləri ilan 36 nəfər də aylıq müavinət alır.

20290 nəfərə müahirbə əlilliyinə görə təqaüd verilir. Onlardan 14787 nəfəri Qarabağ müharibəsundə əlil olanlar, 2915 nəfər hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanmış çəxslərdir.

Çernobıl əlili olan 2588 nəfər aylıq müavinətlə təmin olunur.

Qarabağ müharibəsinin iştirakçısı statusu qazanmış 178348 nəfər 80 manat məbləğində aylıq “veteranpulu” alır.

Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var