Tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatacaq.
Aytən ƏLİYEVA