Modern.az

Salyanda küçədə yeni doğulmuş körpə TAPILDI

Salyanda küçədə yeni doğulmuş körpə TAPILDI

Hadisə

12 Sentyabr 2023, 09:58

Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.

 

Modern.az-ın məlumatına görə, körpə uşaq yoldan tapılaraq xəstəxanaya təhvil verilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"a məlumatı təsdiqləyib. N.Həmidov bildirib ki, bu məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama