Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace-1"-in resurslarının daxili və xarici bazarlarda realizasiyası ilə bağlı intensiv işlər aparılır. “Azərikosmos”dan Modern.az-a verilən məlumata görə, bu istiqamətdə aparılan işlər davamlı xarakter daşıyır.
Qeyd edək ki, "Azərkosmos" yayım şirkətləri ilə "Azserspace-1" imkanlarının reallaşdırılması ilə bağlı danışıqlar aparır.
Artıq ATV, ANS, AzTv, "Mədəniyyət", İTV və s. kanalların yayımı milli peyk üzərindən təşkil edilib və xarici televiziya kanalları ilə "Azerspace1" üzərindən yayımın təşkili ilə bağlı danışıqlar aparılır. Bununla yanaşı, "Azərkosmos" data məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi məsələsini də müzakirə edir.
Milli peykin imkanlarından təhsil və səhiyyə sahəsində xidmətlərin təşkilində istifadə etmək üçün böyük imkanlar mövcuddur, lakin bu xidmətləri "Azərkosmos" birbaşa təşkil etmir, onları internet provayderlər və digər operatorlar, peykin resursları vasitəsilə göstərə bilərlər.
M odern.az