Modern.az

“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

12 Sentyabr 2023, 12:42

“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək.

 

Modern.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 12-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

“Sosial xidmət haqqında” Qanunun 7.1.9-cu maddəsinə görə valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması çətin həyat şəraiti hesab edilir.

 

Qeyd olunan maddədə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmamasının çətin həyat şəraiti hesab edilməsi nəzərdə tutulmayıb.

 

Qanuna təklif edilən dəyişikliyin məqsədi yuxarıda qeyd olunan şəxslərin çətin həyat şəraitində hesab edilməsinin əsaslarını və həmin şəxslərə qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə etmələrini təmin etməkdir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ