Modern.az

Şahramanyanı Azərbaycandan qorxduqları üçün təbrik etmədilər - Ohanyan

Şahramanyanı Azərbaycandan qorxduqları üçün təbrik etmədilər - Ohanyan

12 Sentyabr 2023, 14:12

Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan baş nazir Nikol Paşinyanın və hakimiyyətdəki digər rəhbər şəxslərin Qarabağdakı separatçı rejimin qondarma "prezident"i olan Samvel Şahramanyanı təbrik etməmələrinə münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ohanyan bunu qorxu ilə əlaqələndirib.

 

"Ermənistan hakimiyyəti Samvel Şahramanyanı Azərbaycanla və beynəlxalq aləmdə əldə olunan razılaşmalardan qorxduğu üçün təbrik etməyib. Cəsur liderlər təbrik edərdilər. Rusiya Federasiyasından Qarabağa humanitar yüklərin çatdırılmasına gəlincə, bu addım Laçın dəhlizinin tam açılmasına töhfə verəcək", - deyə o qeyd edib.

 

"Rusiya tərəfi də addımlar atmalıdır", - Ohanyan əlavə edib. O hesab edir ki, qondarma rejim "daha müstəqil və azad quruma" çevrilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu