Modern.az

TANAP tərəfdaşları kəməri tikəcək podratçını sentyabrdan sonra təyin edəcəklər

 TANAP tərəfdaşları kəməri tikəcək podratçını sentyabrdan sonra təyin edəcəklər

Təhsil

15 Avqust 2013, 16:14

TransAnadolu boru kəməri (TANAP) tərəfdaşları sentyabr ayından sonra qaz kəmərini tikəcək podratçını təyin edəcəklər. Modern.az xəbər verir ki, bu haqda bugünkü sayında Türkiyənin “Hürriyət” qəzeti “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri, “Petkim” neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuza istinadən xəbər yayıb.

K. Yavuzun sözlərinə görə, boru kəmərinin son marşrutunun seçilməsi demək olar ki, bitib, bir sıra hissələrin dəqiqləşdirilməsi prosesi gedir. O ki qaldı hansı şirkətin boruların təchizatı ilə məşğul olacağına, hazırda bununla bağlı 28 şirkətdən təklif alınıb ki, bunlardan da 9-u Türkiyə şirkətləridir. “Hesablanıb ki, TANAP-ın tikilib başa çatması üçün 2 milyon ədəd standart boru lazım olacaq. Biz hesab edirik ki, artıq 2014-cü ilin ikinci yarısında bu boruların sifarişinə başlanmalıdır”, – deyə “SOCAR Turkey Enerji”nin başçısı bildirib. 

Qeyd edək ki, TANAP layihəsi üzrə saziş 2012-ci ilin iyununda imzalanıb. Hazırda onun operatoru SOCAR 80% paya malikdir. Yerdə qalan 20% yarıbayarı Türkiyə dövlət şirkətləri – TPAO və BOTAŞ arasında bölünüb. Ancaq cari ilin sonunadək SOCAR payını 51%-dək azaldacaq və onun payı BP (12%), “Statoil” (12%) və “Total” (5%) arasında bölünəcək.

TANAP-la 2019-cu ildən başlayaraq “Şahdəniz-2” layihəsi çərçivəsində ixrac edilən qaz nəql edilməlidir. Onun 6 milyard kub metri Türkiyə bazarına, 10 milyard kub metri isə Avropa bazarına Türkiyə-Yunanıstan sərhədindən TransAdriatik Boru (TAP) kəməri ilə daşınacaq. Sonrakı mərhələlərdə TANAP-ın illik buraxıcılıq gücü 24 milyard kub metrə, daha sonra isə 31 milyard kub metrə çatdırılacaq.   

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj