“Ermənilərin buna cəsarəti çatmaz. Onlar başa düşür ki, hər nə olur-olsun Azərbaycan onlara həyat yoxdur”. Modern.az xəbər verir ki, Qarabağ İcmasının sədri Bayram Səfərov qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycana su ehtiyatlarından birgə istifadə təklifinə reaksiya verərkən belə deyib:
“Separatçı rejim rəsmi Bakını Sərsəng su anbarının və Tərtər rayonun su ehtiyatlarının Azərbaycanla birgə idarə edilməsi üçün danışıqlar aparmağa çağırır lap yaxşı. Deməli, ermənilər başa düşür ki, bizsiz onlara həyat yoxdur. Bu gün suyumuzdan istifadə edirlər. Sonra torpağımızdan, fəhlə qüvvələrimizdən istifadə edərlər. Özlərini ağıllı apararlarsa dövlət səviyyəsində olan bütün əməkdaşlıqlardan istifadə edə bilərlər. O zaman ac qalmazlar. Bütün Azərbaycan vətəndaşları kimi yaxşı dolanarlar”.
Gültəkin ƏLƏSGƏR