"Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir".
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
"Həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır",-deyə qeyd edilib.