2022-ci ildə Azərbaycanda 31 nəfər hərbi xidmət keçməkdən boyun qaçırdığına görə, axtarışa verilib.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Rəsmi məlumata görə, ötən il hərbi xidmət əleyhinə cinayətə görə 143 nəfər axtarışda olub. Onlardan 47-si fərarilik edənlərdir.
Hərbi xidmət keçməkdən boyun qaçırdığına görə axtarılanların 19-nun yeri müəyyən edilərək tapılıb.
Hərbi xidmət əleyhinə cinayətə görə axtarılanlardan isə 79-u yaxalanıb.
Fərariliiyə görə axtarılan 47 nəfərdən 6-sı tutulub.
A.Qorxmaz