Modern.az

Yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırıq  - BQXK

Yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırıq  - BQXK

12 Sentyabr 2023, 20:08

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qərar qəbul edən və təhlükəsizliyi təmin edən tərəflərin razılığı ilə Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır”.

 

Modern.az xəbər verir ki, bunu TASS-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

 

“BQXK hər hansı əməliyyatı həyata keçirməzdən əvvəl onu mütləq müvafiq qərar qəbul edən şəxslərlə əlaqələndirir, məlumat paylaşır və razılıq aldıqdan sonra fəaliyyətə başlayır. Yəni, qərar qəbul edənlər razılaşmalı və təhlükəsizliyə zəmanət verməlidirlər”, - BQXK-nın ofisinin rəsmi nümayəndəsi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu