Daha iki prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
A.Sarıyev bildirib ki, bunlar öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Elşən Həsənov və İsmayıl Yusifovdur.
Qeyd edək ki, bundan öncə prezidentliyə 12 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Məmməd oğlu Orucludur.
Modern.az