Modern.az

Fəzail Ağamalı : “Zahid Orucla parlamentdə bir yerdə oturacağımız barədə düşünməmişəm”

Fəzail Ağamalı : “Zahid Orucla parlamentdə bir yerdə oturacağımız barədə düşünməmişəm”

Təhsil

15 Avqust 2013, 18:58

Bu gün millət vəkili Zahid Orucun Ana Vətən Partiyasının (AVP) sıralarından kənarlaşdırıldıqdan sonra iki millət vəkili arasında münasibətlərin kəskinləşib. Bir vaxtlar isti münasibətləri ilə fərqlənən, uzun illər Milli Məclisdə parta yoldaşlığı edən deputatlar deyəsən bir də heç vaxt parta arxasında oturmayacaqlar.

Modern.az bu barədə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının müansibətini öyrənib.

“Biz Zahid Oruca uğurlar arzulayırıq. Bununla da iş bitib. Ona görə də əlavə suallara, şərhlərə ehtiyac yoxdur. Düzdür, bu barədə heç fikirləşməmişəm. Sizin ünvanladığınız məsələyə cavabsız baxıram. Deyirəm ki, bu məsələ bizim üçün bitib”.

Qeyd edək ki, Аnа Vətən Pаrtiyаsının Mərkəzi Nəzаrət Təftiş Коmissiyаsının bu gün keçirilən iclаsındа АVP Аli Məclisin üzvü Zаhid Оrucun prеzidеnt sеçkilərində iştirаkı ilə bаğlı məsələ müzаkirə оlunub və millət vəkili Zahid Oruc partiya sıralarından xaric olunub.

Gültəkin ƏLƏSGƏR 

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj