Modern.az

Prezident Qəbələdə Abdulla Gül və Atambayevlə görüşüb

 Prezident Qəbələdə Abdulla Gül və Atambayevlə görüşüb

Təhsil

15 Avqust 2013, 20:20

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olub. Modern.az AzərTAc-a istinadən xəbər verir ki,  görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.
Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşüb.  Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulanıb. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu. Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.
Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparılıb.



Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj