Modern.az

Biz islamofobiya və nifrətin qızışdırılmasından narahatıq - Nazir

Biz islamofobiya və nifrətin qızışdırılmasından narahatıq - Nazir

13 Sentyabr 2023, 12:44

“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir.

 

XİN başçısı vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir: “Bunlar davamlı cəmiyyətin qurulmasında mühüm elementlərdir. Biz hesab edirik ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir”.

 

C.Bayramov Qurani-Kərimin yandırılması məsələsinə də diqqət çəkib: “Dünyanın bəzi yerlərində Qurani-Kərimin yandırılması və təhqir olunması yolverilməzdir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama