7 illik fasilədən sonra bu gün Amerikadan Azərbaycana gələn Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı artıq Bakıdadır.
Lakin onların Azərbaycana buraxılması üçün viza verilməsi prosesi ləngiyir.
Aznews.az-ın məlumatına görə, Doktor Çöhrəqanlı və Alparslan Çöhrəqanlı, hazırda hava limanında gözləyirlər: “Belə hiss olunur ki, bizə viza vermək istəmirlər və geri qaytarmağa çalışırlar. Lakin hələlik konkret heç nə deyilməyib. Gözləyirik”.
***
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, Mahmudəli Çöhrəqanlı hazırda hava lımanındadır, ölkəyə buraxmırlar. Danışıq aparırıq, hələ ki, müsbət nəticə yoxdur.
***
Əldə etdiyimiz son məlumata görə, Amerikadan Azərbaycana gələn Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı Bakıda geri qaytarılıblar.
Modern.az