Modern.az

Çöhrəqanlının oğlu: “Hər şeyə görə yazıqlar olsun...”

Çöhrəqanlının oğlu: “Hər şeyə görə yazıqlar olsun...”

16 Avqust 2013, 09:57


Xəbər verdiyimiz kimi ötən gecə 7 illik fasilədən sonra Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı Amerikadan Azərbaycana gəlsə də onlar ölkəyə buraxılmadılar. Atası ilə Bakıya gələn  güneyli liderin oğlu geri qaytarılmasından narazılığını bildirib.

Modern.az xəbər veriri ki, Alparslan Çöhrəqanlı bundan sonra Bakıya gəlməyəcəyini bildirərək hər şeyə təəssüf etdiyini  deyib.

“Yazıqlar olsun ki, Azərbaycan hakimiyyəti molla rejimi ilə anlaşaraq bizi Bakıya buraxmadılar. Çöhrəqanlı 7 ildən sonra vətəninə gəlsə də bizi buradan deportasiya etdilər. Mən bu barədə ancaq onu deyə bilərəm ki yazıqlar olsun. 50 milyonluq Azərbaycan türkünə yazıq”-deyə Çöhrəqanlının oğlu qeyd edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj