2023-cü ilin yanvar-iyul ayları ərzində ölkədə 35142 ölüm halı qeydə alınıb.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,3-dən 6,0-a düşüb.