Modern.az

"Vaqner" Ermənistandadır? - Paşinyan cavab verir

Dünya

13 Sentyabr 2023, 19:08

Paşinyan “Vaqner” muzdlularının Ermənistanda olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

 

"Ermənistanın hüquq-mühafizə orqanları KİV-də gedən yazılara cavab verməyə borcludurlar. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllənin normasıdır. Bu xəbərlər teleqram kanallarında dərc olunub və Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri çərçivəsində məlumatı yoxlayır", - Paşinyan bildirib.

 

Ermənistanda Rusiyanın təşəbbüsü ilə baş verə biləcək inqilabla bağlı Paşinyanın hər hansı narahatlığının olub-olmaması ilə bağlı suala cavab olaraq baş nazir qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər və onlar artıq bunu ediblər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu