Modern.az

Hamilə arvadını bıçaqlayan şəxs TUTULDU

Hamilə arvadını bıçaqlayan şəxs TUTULDU

Hadisə

13 Sentyabr 2023, 19:17

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində hamilə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Modern.az-a bildirib ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

 

Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir.

 

Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər