Bu gün saat 11:00-da abituriyentlərin ixtisas seçimi və ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, ali məktəblərə qəbulun nəticəsi 3 gün ərzində məlum olacaq.
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.
Modern.az