Modern.az

Miqrasiya ilə bağlı mühüm dəyişiklik

Miqrasiya ilə bağlı mühüm dəyişiklik

Parlament

14 Sentyabr 2023, 11:34

İlk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyəsindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız 3 aylıq sınaq müddəti) müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə qeyd olunub. 

 

Qanun layihəsində təklif edilən dəyişikliyə əsasən, sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi